Azərbaycanın ilk
rəsmi kriptovalyutası
PortCoin
PortCoin əldə etmək və alqı-satqı əməliyyatlarını həyata keçirmək üçün Portmanat.az saytına daxil olun. Burada PortCoin balansınızı rahatlıqla idarə edə və əməliyyatlarınızı təhlükəsiz şəkildə apara bilərsiniz. Azərbaycanın ilk kriptovalyutası PortCoin ilə rəqəmsal dünyada addım atın!
Kripto Dünyasında Güvənli və Sürətli Həllər
PortCoin rəqəmsal maliyyə dünyasında innovativ həllər təqdim etmək məqsədilə yaradılmış bir kripto aktiv və texnologiya platformasıdır. Məqsədimiz istifadəçilərimizin kripto aktivlərini təhlükəsiz, sürətli və effektiv şəkildə idarə etmələrini təmin etməkdir. Müştərilərimizə istifadəçi dostu bir təcrübə təqdim edərək, kripto aktiv əməliyyatlarını daha əlçatan və anlaşıqlı hala gətirməyi hədəfləyirik.
PortCoin bir Portmanat məhsuludur!
10
PTC nədir?
PortCoin (PTC) Azərbaycanda ilk dəfə rəsmi olaraq Mərkəzi Bank tərəfindən icazə verilmiş blokçeyn (blockchain) əsasında yaradılan kriptovalyutadır.
PortCoin, Mərkəzi Bank tərəfindən Elektron Pul Təşkilatı lisenziyası (Lisenziya EPT-005, 8 iyul, 2024) almış Portmanat (Mobile Payment Solutions MMC) Elektron Pul təşkilatının Xüsusi tənzimləmə rejimi çərçivəsində yaradılan məhsuludur.
Xüsusi tənzimləmə rejimi (Sandbox) maliyyə institutları və FinTech şirkətləri tərəfindən innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarət altında real müştərilərlə sınaqdan keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılan mühitdir.
PTC almaq
PortCoin əldə etmək üçün Portmanat.az-da qeydiyyat keçməklə AZN->PTC bölməsindən ala bilərsiniz.
PTC transfer
Kripto pulqabınızda mövcud olan PTC-ni BSC vasitəsilə digər kripto pulqabısına transfer edə bilərsiniz.
PTC satmaq
Portmanat kripto pulqabınızda olan PortCoin-ləri PTC->AZN bölməsinə daxil olaraq manata dəyişə bilərsiniz.
Airdrops
Portmanat.az-da təşkil olunacaq müxtəlif və maraqlı airdroplara qoşularaq pulsuz PTC qazana bilərsiniz.
İnvestisiya
PortCoin, gələcək maliyyə potensialı olan innovativ bir rəqəmsal aktiv olaraq investisiya imkanları təqdim edir.
Tərəfdaşlıq
Azərbaycanın ilk kriptovalyutasının ölkə daxilində daha geniş istifadəsini təmin etmək məqsədilə sizinlə tərəfdaşlıq etməyə hazırıq!
PortCoin-dən harada istifadə etmək olar və onun nə üstünlükləri var?
İlk növbədə istənilən kriptovalyutan ölkəyə gətirmək üçün istifadə edilir.
Bunun üçün həmin kriptonu PTC-yə çevirimək, sonra müştərinin Portmanatdakı PTC hesabına köçürmək və orada saxlamaq və yaxud AZN-ə çevirərək AZN hesabına yatırmaq, istənilən ödənişləri etmək və ya nağdlaşdırmaq olar.
Bütün kriptovalyutalara məxsus üstünlüklərə malik olduğu üçün PTC mövcud kriptovalyutaların istifadə edildiyi bütün sferalarda istifadə oluna bilər.
Zaman keçdikcə bu istifadə sferaları həyata keçəcək və daha da genişlənəcəkdir.
Beynəlxalq və ölkədaxili pul köçürmələri
• Minimal komissiya
• Yüksək sürət
• Banklardan və sərhədlərdən asılı olmamaq
Elektron ticarət
Bir çox internet mağazalar və platformalar kripto ilə ödənişlərə keçməyə başlamışlar və gələcəkdə onların sayı və coğrafiyası artacaqdır.
Finanas Xidmətləri və DeFi
DeFi (Decentralized Finance) blokçeynə əsaslanır, bankların iştirakı olmadan kredit, depozit, sığorta və s finans xidmətləri təqdim edir.
İnvestisiya və pul toplanmaları (yığımları)
Kriptolar çoxları tərəfindən investisiya və pul toplamaq aktivi kimi işlədilir.